UNEC Rus İqtisad Məktəbində (RİM) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Lamiyə Tahirova tərəfindən tələbələr üçün kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinə həsr olunmuş maarifləndirici seminar keçirilib.
Seminarda Lamiyə Tahirova çıxış edərək tələbələrə kiberhücum növləri, onların yaratdığı risklər və zərərvurma miqyası, eləcə də bu təhlükələrdən qorunma yolları barədə ətraflı məlumat verib. Bununla yanaşı, o, mövzunu daha anlaşıqlı etmək üçün praktiki nümunələr üzərindən izahlar aparıb.
Həmçinin seminarda müasir rəqəmsallaşma dövründə kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.