A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının data analitiki Bahar Rüstəmova SABAH Mərkəzinin tələbələri ilə görüş keçirib.

Görüş zamanı Bahar Rüstəmova tələbələrə yeni statistik alət olan interaktiv məlumat panelini ətraflı şəkildə təqdim edib. O, çıxışı zamanı platformanın əsas funksionallığını izah edərək, istifadəçilərin müxtəlif mənbələrdən toplanmış məlumatları vahid mühitdə izləyə və təhlil edə bildiyini vurğulayıb. Bildirib ki, interaktiv panel vasitəsilə məlumatların vizuallaşdırılması, dinamik qrafik və cədvəllərin qurulması, eləcə də real vaxt rejimində yenilənən göstəricilərin izlənməsi mümkündür.

Eyni zamanda, platformada məlumatlara çıxış imkanlarından danışaraq, istifadəçilərin ehtiyaclarına uyğun filtrasiya, müqayisə və dərin təhlil funksiyalarının mövcud olduğunu qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR