UNEC-də ISE Public Speaking Club və Xarici Dillərin Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici görüş keçirilib.
Görüş çərçivəsində klubun prezidenti Davud Şeydayev “Confident Speaking with Limited Vocabulary” mövzusunda çıxış edərək, məhdud söz ehtiyatına baxmayaraq, özünəinamlı və təsirli danışmağın mümkünlüyünü vurğulayıb. O, çıxışı zamanı praktiki nümunələr və faydalı məsləhətlərlə tələbələrə effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirməyin yollarını izah edib.
Sonra Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri Aynur Mirzəyeva tələbələrin bilik və təcrübələrini bir-biri ilə bölüşməsinin motivasiyaedici və effektiv olduğunu qeyd edib. O, bu cür əməkdaşlıqların davamlı olmasının əhəmiyyətini vurğulayaraq, gələcəkdə də oxşar görüşlərin təşkilinin faydalı olacağını bildirib.
Qeyd edək ki, bu cür görüşlər tələbələrin ünsiyyət bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, onların şəxsi və akademik inkişafını da dəstəkləyir.