A

UNEC-in Mühəndislik fakültəsində Psixoloji Xidmət Mərkəzi ilə birgə tələbələr üçün “Sağlam düşüncə, sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib.

Görüşün əsas məqsədi gənclərin psixoloji sağlamlığının qorunması, stresin effektiv idarə olunması və maarifləndirmə səviyyəsinin artırılması olub.

Tədbirin açılışında fakültənin dekan müavini Sevinc Abdullayeva mövzunun aktuallığını vurğulayaraq bildirib ki, psixoloji problemlərin qarşısının alınmasında maarifləndirmə mühüm rol oynayır və gənclərin psixoloji dəstəyə əlçatanlığı təmin edilməlidir. O qeyd edib ki, hər bir insanın həyatı dəyərlidir və çətinliklərlə üzləşən şəxslərə vaxtında dəstək göstərilməsi cəmiyyətin ümumi məsuliyyətidir.

Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva tələbələrə stressin idarə olunması, emosional dayanıqlığın artırılması, düzgün qərarvermə və peşəkar dəstəyin əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, psixoloji gərginlik, sosial təzyiqlər, ailədaxili problemlər və ünsiyyət çatışmazlığı gənclər arasında depressiya və ümidsizlik hallarının artmasına səbəb olan əsas amillərdir.

Sonda tələbələrin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

TOP XƏBƏRLƏR