Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Türk Dünyası İqtisad Fakültəsinin tələbələri üçün “Psixoloji dayanıqlıq və həyat bacarıqları” mövzusunda təlim keçirilib.
Mərkəzin psixoloqu Mərziyə Mursəlova tələbələrə streslə effektiv mübarizə aparmaq, emosiyaları daha yaxşı anlamaq və idarə etmək, həmçinin müxtəlif situasiyalarda daha sağlam qərarlar vermək üçün zəruri bilik və bacarıqlar barədə məlumat verib.
Təlim zamanı tələbələr özlərini daha yaxından tanımaq, eyni zamanda gündəlik həyatda tətbiq edə biləcəkləri faydalı strategiyaları öyrəniblər.
Sonda isə iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.