UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsi ilə Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan seminar “Psixoloji dayanıqlıq və həyat bacarıqları” mövzusuna həsr olunub.
Tədbirin məqsədi tələbələrdə sağlam həyat tərzinin təşviqi, psixoloji dayanıqlığın artırılması və həyati bacarıqların inkişafına dəstək vermək olub.
Seminarda Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxış edərək psixoloji dayanıqlıq anlayışı, onun formalaşdırılması yolları və həyat bacarıqlarının gündəlik fəaliyyətdəki rolu barədə ətraflı məlumat verib. Psixoloq, həmçinin tələbələrə stressin idarə olunması, emosional tarazlığın qorunması və çətin situasiyalarda düzgün qərarvermə ilə bağlı praktiki tövsiyələr təqdim edib.
Sonda tələbələrin sualları cavablandırılıb.