A

UNEC-nin Psixoloji Xidmət Mərkəzi tərəfindən inklüziv tələbələr üçün “Maneəsiz universitet: sizin fikirləriniz bizim üçün önəmlidir” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi ali təhsil mühitində inklüziv yanaşmanın təşviq edilməsi, tələbələrin psixoloji rifahının qorunması, təhlükəsiz və dəstəkləyici universitet mühitinin formalaşdırılması, həmçinin inklüziv tələbələrin universitet həyatına adaptasiyasının gücləndirilməsi olub.

Tədbirdə Psixoloji Xidmət Mərkəzinin həyata keçirdiyi fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, mərkəz tərəfindən tələbələrə fərdi psixoloji dəstək göstərilir, onların şəxsi və akademik inkişafını dəstəkləyən maarifləndirici tədbirlər, təlimlər və inkişafyönümlü proqramlar təşkil olunur.

Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva çıxışında qeyd edib ki, universitetdə inklüziv və əlçatan təhsil mühitinin yaradılması prioritet istiqamətlərdən biridir. O, tələbələrin psixoloji sağlamlığının qorunması və onların universitet həyatında fəal iştirakının təmin olunması məqsədilə mərkəz tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Təlim çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib. Tələbələr universitet mühitinin daha da inklüzivləşdirilməsi ilə bağlı düşüncələrini bölüşüb, mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və inklüziv təhsil mühitinin inkişafına töhfə verəcək təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb.

TOP XƏBƏRLƏR