A

Bu gün UNEC-in məzunu, şəhid Qaratel Hacımahmudovanın doğum günüdür.

Hacımahmudova Qaratel Şəmi qızı 18 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1962-ci ildə Aşağı Əskipara kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) təhsil alıb. 1976-1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib.

1990-cı ildə kəndlərinə gələrək, kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulub.

1992-ci il iyunun 14-də səhər saatlarında ermənilərin növbəti güclü hücumunun qarşısını alarkən, əsir götürülüb. O, düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içib, sonra isə özünü güllə ilə vurub. Ermənilər Qaratellə bərabər onun döyüşçü yoldaşları Alı Alıyev, Mərdan Əsgərov, Surxay Məmmədov və Şəmistan Əmiraslanovun da meyitlərini götürüblər.

Qaratelin və onun döyüşçü yoldaşlarının cəsədini ermənilərdən ancaq 12 gün sonra, iyunun 26-da geri almaq mümkün olub...

Qaratel Hacımahmudova subay idi. Rəhmətə getmiş qardaşı Məhəmmədin üç övladını böyütmüşdü...

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR