A

UNEC tələbələri Rusiya Federasiyasında istehsalat təcrübəsindədirlər.

UNEC-lə Rusiya Federasiyasının Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialı ilə bağlanan müqaviləyə, Beynəlxalq Bankının Sankt-Peterburq filialı və Əmanət banki ilə razılaşmaya əsasən, UNEC tələbələri bu banklarda beynəlxalq bank əməliyyatlarını öyrənirlər.

Təcrübə rəhbəri, UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov  bildiib ki, Rusiyanın Bank VTB 24, Əmanət Bankı və Beynəlxalq Bankının Sankt-Peterburq filiallarının əməkdaşları UNEC tələbələrinin bacarıqlarını yüksək qiymətləndiriblər. Onların tədris müddətində əldə etdikləri bilikləri təcrübə zamanı uğurla tətbiq etdiklərini bildiriblər. Bu il beynəlxalq bank təcrübəsində ilk dəfə iştirak edən UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrləri və Beynəlxalq İqtisadiyyat Məktəbinin  tələbələrinin gündəlik tapşırıqları məsuliyyətlə və heç bir yanlışlığa yol vermədən icra etmələrinə diqqət çəkən E.Sadıqov bildirib ki, bütün bunlar UNEC-də dünya əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığının həyata keçirilməsinin nəticəsidir.

E.Sadıqov onu da bildirib ki, UNEC Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdəki iqtisad yönümlü ali məktəblər arasında tələbələri beynəlxalq bank sertifikatları almaq hüququna malik olan yeganə ali məktəbdir. 

TOP XƏBƏRLƏR