AccessBank UNEC-də “Milli valyuta və makroiqtisadi sabitlik” mövzusunda açıq dərs keçib.
Maliyyə və mühasibat fakültəsində keçirilən dərsdə AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentlərinin direktoru Günay Cəlilova AccessBank ilə UNEC arasında mövcud əməkdaşlığın genişləndirilməsini vurğulayaraq, yaxın gələcəkdə bankda tələbələr üçün praktiki təlimlər təşkil ediləcəyini bildirib.
“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev “Milli valyuta və makroiqtisadi sabitlik” mövzusunda təqdimat keçirib. İnteraktiv qaydada təşkil edilən təqdimatda milli valyutanın məzənnəsi ilə makroiqtisadi sabitlik arasında əlaqələr, milli vəlyuta məzənnələri ilə əhalinin sosial rifahı arasında asılılıqlar, makroiqtisadi sabitliyin maliyyə sistemi və biznes subyektləri üçün əhəmiyyəti kimi mövzular müzakirə edilib.
Sonra tələbələr üçün sual-cavab sessiyası təşkil edilib. Sessiya ərzində Samir Əliyev, Günay Cəlilova, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev və “PwC Azerbaijan” şirkətinin Marketinq və Kommunikasiya üzrə rəhbəri Aysel Süleymanova tələbələri maraqlandıran sualları cavablandırıblar.
Tələbələrə AccessBank-ın xüsusi hədiyyələri tədim edilib. Müzakirələrdə fəallıq nümayiş etdirən 7 tələbəyə – Aqil Hüseynzadə, İsmayıl Həsənzadə, Şövkət Mirzəyev, Aysun Əliyeva, Sənan Fərzəliyev, Cavidan Adilzadə və Aytac Süleymanovaya isə müəyyən balansa malik, 1 illik xidmət haqqı ödənilən AccessBank plastik kartları təqdim olunub.