UNEC-in tələbəsinin elmi məqaləsi Bolqarıstanın nüfuzlu Stopan akademiyasının D.A.Tsenov-Svişov adına Elmi-Tədqiqat İnstitutunun konfrans materiallarında dərc olunub.
Rus İqtisad Məktəbinin II kurs tələbəsi, fakültə Tələbə Elmi Cəmiyyətinin sədr müavini Günel Məmmədovanın yazdığı məqalə “2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına töhfələr” adlı tələbə konfransının toplusunda çap olunub. Dünyanın bir çox ölkələrinin tələbələrinin iştirak etdiyi konfransda G.Məmmədova “Turizm xidmətləri sektorunun inkişafında dövlətin rolu” mövzusunda məqaləsi ilə Azərbaycan elmi gəncliyini təmsil edib.
G.Məmmədovanın tədqiqat işinə “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Şəhla Hüseynova rəhbərlik edib.
Tələbəyə konfransın iştirak sertifikatı da təqdim olunub.