Qış sessiyasında digər universitetlərdən UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib.
Tanışlıq xarakteri daşıyan görüşdə UNEC-in rektorunun köməkçisi Ramil Cabbarov tələbələrə UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri, təqaüd və mübadilə proqramları, Elektron Universitet Modeli barədə ətraflı məlumat verib. Eyni zamanda startap layihələrini İnnovativ Biznes İnkubatorunda reallaşdıra biləcəklərini qeyd edib. R.Cabbarov asudə vaxtlarını səmərəli keçirmək məqsədilə xüsusi istedadı və maraqlı layihələri olan tələbələrə UNEC Yaradıcılıq Mərkəzi və Radio UNEC-in imkanlarından yararlanmağı tövsiyə edib.
Görüş tələbə rektor Cabbar Hüseynlinin müşayiəti ilə universitet ərazisində infoturla davam edib.
Qeyd edək ki, qış sessiyasında UNEC-ə respublikadaxili ali təhsil müəssisələrindən 42, xarici ali təhsil müəssisələrindən isə 3 tələbə körüçülüb.