Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən 3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin finalçıları məlum olub.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.
“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin finalçılarını təqdim edirik:
- Elnarə Məmmədzadə
UNEC, SABAH qrupları, 4-cü kurs
Təqdim etdiyi layihə: Count Me
- Elçin Süleymanov
Bakı Mühəndislik Universiteti, Public Administration, 3-cü kurs
Təqdim etdiyi layihə: Chessy
- Toğrul Mirzəyev
UNEC, SABAH qrupları, 3-cü kurs
Təqdim etdiyi layihə: Novbe.al
- Cəlil Abbaslı
UNEC, İqtisadiyyat fakultəsi, 4-cü kurs
Təqdim etdiyi layihə: E-travel
- Eşqin Cəfərov
UNEC, Beynəlxalq İqtisadiyyat Məktəbi, 3-cü kurs
Təqdim etdiyi layihə: Stevia
“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi mayın 11-də saat 15:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.