“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən “Bir müəllim və bir tələbə” layihəsində növbəti debat təşkil olunub.
UNEC-in İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə keçirilən debatda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasova və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Fərid Ələsgərlinin təqdimatında ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin, iri sahibkarlıq strukturlarının mövcud vəziyyəti, müasir problemləri, KOS-ların iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, innovativ sahibkarlığın stimullaşdırılması məsələləri haqqında araşdırmalarının nəticələri əsas müzakirə mövzusu olub.
Debatın sonunda ölkəmizdə innovasiya yönümlü inkişaf meyllərinin, Araşdırma və İnkişaf (A&İ) xərclərinin daha çox iri sahibkarlıq strukturlarının payına düşdüyü müşahidə olunduğu diqqətə çatdırılaraq dövlətin maliyyə dəstəyi və himayədarlıq siyasəti nəticəsində kiçik və orta sahibkarlıq müəssisələrində də innovativ sahibkarlığı gücləndirmək məqsədilə biznes inkubatorları tərəfindən reallaşdırılan startap layihələrinə yerli bazarda səmərəli tələb yaradılmasının, müəyyən növ əqli mülkiyyət məhsullarının ölkəyə idxalı həcminə nəzarət olunmasının vacibliyi vurğulanıb.
Tələbə və müəllimlərin marağına səbəb olan bir müəllim və bir tələbə formatında layihənin davamlı olaraq tədris ili ərzində hər ay təşkil olunması nəzərdə tutulur. Layihədə debatçı kimi iştirak etmək istəyən UNEC-in müəllim və tələbələri “İqtisadiyyatın tənzimlənməsi” kafedrasına və Tələbə Elmi Cəmiyyətinə müraciət edə bilərlər.
E-mail ünvanı: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Əlaqə telefonları: 012 564 37 06 ; 012 497-58-71