A

UNEC-də Norm MMC-də təcrübə proqramının təqdimatı və test imtahanı keçirilib.

UNEC Karyera Mərkəzi və Norm MMC-nin təşkilatçılığı ilə iyul-sentyabr aylarında tələbələrin şirkətdə təcrübə keçmələri məqsədilə test imtahanı keçirilib. Test namizədlərin məntiqi təfəkkürünün və dil biliklərinin yoxlanılmasından ibarət olub.

İmtahandan öncə şirkətin İnsan Resursları Departamentinin əməkdaşları tələbələrə təcrübə proqramı haqqında ətraflı məlumat verərək, test imtahanının aparılması qaydalarını izah edib. 100-dən artıq tələbənin iştirak etdiyi test imtahanında namizədlərə testlərin həll edilməsi üçün 1 saat vaxt verilib.

Ən yüksək nəticə əldə edəcək namizədlər şirkətin yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaqlar.

 

TOP XƏBƏRLƏR