A

UNEC-də Universitetə 2018-2019-cu tədris ilində köçürülən tələbə və magistrantlarla görüş keçirilib. Görüş zamanı Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də tələbə həyatı barədə ətraflı məlumat vermişdir. Qeyd olundu ki, keyfiyyətli təhsil almaq üçün UNEC-də bütün zəruri şərait yaradılıb.

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti, Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. Burada 9 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır. UNEC-də dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistr təhsil alır.

Müəllimlərimiz sıralarına Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimləri vardır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr departamenti UNEC tələbələrinə aşağıdakı istiqamətlər üzrə xaricdə təhsil almaq imkanları təklif edir.

UNEC Beynəlxalq əlaqələr departamenti tələbələrə bir sıra istiqamətlər üzrə xaricdə təhsil almaq imkanları təklif edir. Bu sıraya Non-erasmus, Erasmus+, Mevlana mübadilə proqramları və digər proqramlar daxildir. Non-eramsus  mübadilə proqramı çərçivəsində tələbələr Fransanın Montpellier Universitetində, Almaniyanın Siegen Universitetində və digər ali məktəblərdə oxumaq üçün müraciət edə bilərlər.

Həmçinin, qeyd edildi ki, UNEC-də tələbə rektor fəaliyyət göstərir, “İqtisadçı tələbələrin elmi fəaliyyətinə yardim” ictimai birliyi, Tələbə elmi cəmiyyəti, Tələbə gənclər təşkilatı, Tələbə həmkarlar ittifaqı komitəsi, “İqtisadçı tələbələrə dəstək” ictimai birliyi kimi təşkilatlar fəaliyyət göstərir.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində universitetdaxili bakalavriat səviyyəsi üzrə 44 tələbə, magistratura səviyyəsi üzrə isə bir tələbə köçürülüb.

Respublika daxilindəki ali təhsil müəssisələrindən bakalavriat səviyyəsi üzrə 57, magistratura səviyyəsi üzrə bir tələbə köçürülüb. Tələbələr ADA, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və digər müəssisələrdən köçürülüb.

Xarici ali təhsil müəssisələrindən, o cümlədən, Texas A&M Universitetindən, Taras Şevçenko adına Kiyev Milli Universitetindən, Praqada yerləşən Nyu York Universitetindən, Cenevrə Biznes Məktəbindən UNEC-ə dörd tələbə köçürülüb.

Tədbir zamanı tələbələrə digər məlumatlar təqdim edildi, tələbələrin sualları cavablandırıldı. 

TOP XƏBƏRLƏR