UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı və “Bouelvard Hotel”in dəstəyi ilə "Peşəkardan Master-klass" layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.
Master-klass “Bouelvard Hotel”in baş qənnadçısı Rena Alkan və komandasının təqdimatında baş tutmuşdur. Gün boyu Texnologiya və Dizayn fakültəsinin tələbələri şirniyyatların hazırlanma prosesi ilə tanış olmuş və öyrəndikləri nəzəriyyəni praktiki olaraq sınamış oldular.
Maraqlı günün sonunda iştirakçı tələbələr sertifikatlarla təltif olundular.