×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsində fərdi inkişaf və natiqlik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində “master-class” təşkil olunmuşdur.

“Karnegi Klub”un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi, “Beynəlxalq Trenerler Assosiasiyasının”nın üzvü Nəcəf Allahverdiyevin apardığı təlimdə inkişafın effektiv formulu, inkişaf zonaları, bədən dili, müxtəlif iş şəraitində və təqdimat zamanı streslərin idarə olunması haqqında söhbət açıldı. Nəcəf Allahverdiyev həmçinin qorxuya qarşı neyrolinqvistik proqramlaşdırma, lövbər metodu, özünü tanıma üsulları, Brayn Treysinin yerli şəraitə uyğunlaşdırılmış uğur düsturu, tik-tak, kiosaki üslubları, proaktiv və reaktiv düşüncə, improvizasiyanın üç qaydası, kommunikasiya qurulmasının özəllikləri və digər müvafiq xüsusiyyətlər haqqında tələbələri məlumatlandırdı.

Təlim zamanı real həyatda mövcud olan müxtəlif situasiyalar səhnələşdirildi və onların əsas hədəfə nail olmaqla həlli yolları izah olundu.

Tələbələrin böyük marağına səbəb olan tədbirin sonunda çoxsaylı suallar cavablandırıldı.

TOP XƏBƏRLƏR