UNEC ilə ADA Universiteti arasında əməkdaşlıq davam edir.
UNEC-in Tələbə rektoru Elmir Sadıqovun təşkilatçılığı ilə SABAH qrupları, Maliyyə və mühasibat, Biznes və menecment fakültələrinin bir qrup tələbəsi ADA universitetində olub.
Tələbələr ADA Universitetində HR menecment mövzusunda mühazirə dinləyiblər. Sonra ADA universitetinin əməkdaşı, tələbələrə ADA universiteti haqqında ətraflı məlumat verərək, onları universitetin tələbə mərkəzi və zəngin kitabxanası ilə tanış edib.