Dünyaca məşhur “Pepsi Co” şirkətinin Qafqaz regionu üzrə İnsan Resurslarında İstedadların cəlb edilmesi üzrə məsul nümayəndə Liana Satseradze UNEC-də olub.
UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov görüş zamanı universitetdəki tədris prosesi, fakültələr, iş dünyası ilə həyata keçirilən qarşılıqlı əməkdaşlıq layihələri, tətbiq edilən yeniliklər, mərkəzin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib.
Liana Satseradze öz növbəsində şirkətin qlobal bazarda və Azərbaycandakı fəaliyyət istiqamətlərinin genişləndiyini diqqətə çatdırıb və hazırda ehtiyac duyulan vakant yerlər barədə məlumat verib. Yaranan vakant yerlərə UNEC tələbələrinin namizədliyinin verilməsi və onlara öncədən hazırlıqların keçirilməsi mövzusunda müzakirələr aparılıb. UNEC tələbə və magistrların iş və təcrübə qazanmaları üçün birgə əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb.