A

Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yarışın qalibləri UNEC tələbələri olub. UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “İqtisadçı” İntellektual klubunun üzvləri – Namiq Quluzadə, Nəriman Knyazlı, Şamil Əlicanov, Qorqud İsrafilzadə,Azər Abasəliyev, Heydər Həmzəyev və Bəxtiyar Nəzərlidən ibarət komanda “Həmkarlar kuboku”nun qızıl medalını qazanaraq, UNEC-ə növbəti birinciliyi gətiriblər.

TOP XƏBƏRLƏR