Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilin yekunu ilə bağlı ən fəal tələbələrin müəyyən edilməsi məqsədi ilə müsabiqə keçirib.
51 namizədin iştirak etdiyi bu müsabiqə iki həftəyə yaxın davam etmiş və qalib UNEC təmsilçisi - İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Əli Əliyev olmuşdur.
Əli Əliyev Tələbə Gənclər Təşkilatında göstərdiyi ictimai fəallığına, gənclər sahəsində sosial layihələrin təşkilində xüsusi seçildiyinə görə “İLİN TGT fəalı” mükafatı ilə təltif edilmişdir.