A

UNEC İctimai Nəzarət Şurasının üzvü, tələbə rektor Elmir Sadıqovun təşəbbüsü ilə UNEC tələbələri arasında sorğu keçirilib.

Sorğu elektron formada, sosial şəbəkə hesabı üzərindən aparılmışdır. Sorğu məhz, Qış imtahan sessiyasının təşkili keyfiyyətini araşdırmaq məqsədilə aparılıb. Sorğu öncədən tələbə rektor tərəfindən bütün fakültələri əhatə etməklə, 300-dən çox qrup nümayəndəsinə ictimailəşdirilməsi üçün göndərilmişdir. Eynilə sorğuda fikir bildirmək üçün, sorğunun imtahanlarla bağlı kateqoriyaları tələbə rektor tərəfindən tərtib edilmiş və əvvəlcədən tələbələrə göndərilmişdir. 

Sorğuya aiddir:

1.İmtahan zalının hazırlıq səviyyəsi
2.Saxlanc otaqlarının hazırlıq səviyyəsi
3.Nəzarətçilərin tələbələrlə rəftar səviyyəsi
4.İmtahan suallarının vaxtında kabinetlərə yüklənməsi
5.İmtahan suallarının imtahan zalında olarkən, tələbələrə çatdırılması
6.Elektron formada test üsulu ilə təşkil edilən imtahanlarda kabinetlərin, elektron sistemin işləmə tezliyinin səviyyəsi

Tələbələr sorğu kateqoriyalarına əsaslanaraq, imthanlarla bağlı düşüncələrini elektron formada təsdiqləmişlər. Belə ki, ümumilikdə sorğuda 600-dən çox UNEC tələbəsi iştirak etmişdir. Nəticə isə kifayət qədər ürəkaçan olmuşdur.

Sorğuda iştirak edənlərin əksəriyyəti öz razılığını bildirmiş, müəyyən təklif və iradlar isə dəyərləndirilərək, həlli üçün aidiyyatı struktur bölmələrə yönləndirilmişdir. 

TOP XƏBƏRLƏR