A

UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının iştirakı ilə 20 Yanvar soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir.

Fakültə dekanı, dosent Tofiq Osmanov tədbiri açaraq 1990-cı ilin yanvarında keçmiş Sovet İttifaqının qoşun hissələrinin dinc əhaliyə tutduqları divan, yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü hadisələr haqqında məlumat verdi.

“İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov tariximizə qara səhifə kimi yazılmış yanvar hadisələrinin respublikamızın müstəqillik əldə etməsi yolunda mühüm rol oynadığını, Azərbaycan xalqının cəsarəti və iradəsini xüsusi olaraq qeyd etdi.

Toplantı iştirakçılarına qara yanvar hadisələrinin xronoloji ardıcıllığını ehtiva edən görüntülər nümayiş edildi, tələbələrin ifasında 20 Yanvar şəhidlərinə ithaf olunmuş şeirlər səsləndirildi.

Tədbir soyqırım hadisələrinə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşdırıldı. 

TOP XƏBƏRLƏR