A

Rektor professor Ədalət Muradovun iştirakı ilə UNEC-də həyata keçirilməsi nəzərdə tutulmuş yeniliklərə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, UNEC tədris keyfiyyətinin daha da artırılması, tələbələr üçün daha geniş təhsil imkanların yaradılması məqsədi ilə bir sıra yeniliklərin həyata keçirilməsini planlaşdırır.

Müzakirə olunan layihələr sırasına müəllimlərin tələbələr tərəfindən seçilməsi, “part-time” təhsil modelinin tətbiqi və universiteti vaxtından əvvəl bitirmək imkanı yaradılması daxildir. Tədbirdə qeyd edildi ki, müəllimlərin tələbələr tərəfindən seçilməsi prinsipini özündə əks etdirən layihənin ilkin konsepsiyası artıq hazırlanmış və müzakirə mərhələsindədir. Qanunvericilikdə son illər edilmiş dəyişikliklər UNEC-də tələbənin təhsildə əldə etdiyi nailiyyətlərdən asılı olaraq universiteti vaxtından əvvəl bitirmək və “part-time” təhsil imkanı yaradır.

Rektor professor Ədalət Muradovun göstərişi ilə UNEC-də mütəxəssislər tərəfindən müvafiq layihənin hazırlanması üzərində iş gedir. Layihənin təqdimatı ilə Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin rəhbəri Raqif Qasımov çıxış edərək ətraflı məlumat vermişdir. Tədbirdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 348 saylı qərarın UNEC-də təhsilalma müddətinin tələbə nailiyyətlərindən asılı olaraq azaldılması üçün təqdim etdiyi imkanlar müzakirə edilmişdir. Bu məqsədlə hazırlanmış UNEC-in qaydalarının ilkin layihəsinin müzakirəsi zamanı universiteti vaxtından əvvəl bitirmək və “part-time” təhsil imkanları ətraflı diskussiya olunmuşdur. 

TOP XƏBƏRLƏR