2 fevral - Gənclər günü münasibəti ilə UNEC Rus İqtisad Məktəbinin artıq xoş bir ənənəsinə çevrilmiş şəhərkənarı intellektual-əyləncəli səfəri baş tutdu.
Xızıda baş tutan tədbirlərdə iştirak edənlərin əksəriyyəti son semestr ərzində sosial aktivliyi, məktəb və UNEC, bəziləri isə hətta respublika miqyaslı tədbirlərdə uğurlar əldə etmiş tələbələr, "İqtisadiyyat" (rus dilində) kafedrasının bir qrup müəllimi, RİM rəhbərliyi və əməkdaşları idi. Əyləncəli yarışlar, maraqlı prizlər, gəzintilər və mənzərələr, kollektivdə xoş ünsiyyət ilə yadda qalan tədbir, bu xatirələr tələbələr və müəllimləri daha fəal olmağa sövq edəcək.
RİM-in direktoru Mənsur Bərxudarov böyük UNEC ailəsinin ayrılmaz parçası olan RİM-də bu tipli həm istirahət, həm mədəni-maarifləndirici səfərlərin UNEC-in qoyduğu hədəflərə nail olduqca, həm sayının, həm coğrafiyasının artacağını bildirdi, tələbələri UNEC-də yaradılan şəraiti, imkanları dəyərləndirməyə, öz töhfələrini verməyə səslədi.