Tələbələrin çoxsaylı akademik borcunun yaranmasını nəzərə alaraq Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə edilməsi Mərkəzinin (TKQİM) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşəbbüsü ilə 01.02.19 tarixindən etibarən 5 gün ərzində “Təkrar hazırlıq” layihəsi çərçivəsində akademik borcu olan tələbələrə “İqtisadiyyata giriş” və “Makroiqtisadiyyat” fənləri yenidən tədris olunmuş və onlar yüksək səviyyədə növbəti imtahanlara hazırlaşdırılmışdır.
Azərbaycan bölməsinin tələbələrinə dərslər UNEC-in əsas binasında, “İqtisadi nəzəriyyə” kafedrasının dosenti Sevda Sərdarova tərəfindən, rus bölməsinin tələbələrinə isə UNEC-in II tədris binasında RİM-in “İqtisadiyyat” kafedrasının dosenti Şəhla Hüseynova tərəfindən keçirilmişdir. Qeyd edək ki, bu layihə çərçivəsində dərslər UNEC tələbələrinə tamamilə ödənişsiz olaraq yenidən tədris olunmuşdur.