A

UNEC İnklüziv Təhsil Mərkəzində “Əlillik Qüsur Deyil” kitabının təqdimatı keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, AR Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru müdiri Nərmin Aslanbəyova, 1 saylı sağlamlığı məhdud insanların Peşə Reabilitasiya Məktəbinin direktoru Rəhilə Həsrətova, Əlillik üzrə fəaliyyət göstərən qeyri hökümət təşkilatlarının rəhbərləri, dövlət qurumlarının kitabxanalarının direktorları, kitabda təqdim olunan istedadlı əlilliyi olan şəxslər də iştirak etmişdir.

İnklüziv təhsil mərkəzinin koordinatoru Sevinc Məhsimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan, nəfis şəkildə tərtib olunan 278 səhifəlik kitab-albom nazirliyin sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin məlumatları əhatə edən ilk nəşr oldugunu və kitab-albomda saglamlıqda məhdudiyyətləri olsalar da daim özlərinə inam hissi ilə yaşayan, istedad və qabiliyyətləri ilə seçilən və bu bacarıqlarını daim inkişaf etdirməyə, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özlərini uğurla təsdiq etməyə nail olan 60-a yaxın insan və onların müxtəlif yaradıcılıq nümunələri ilə zəngin oldugunu qeyd etdi.

Azərbaycan Respublikasının insan hüquqları üzrə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov öz çıxışında əlilliyi olan şəxslərin imkanlarının genişləndirilməsi, inklüzivliyin və bərabərliyin təmin olunması, intellektual imkanlarının dəstəklənməsi, istedadlı gənclərin beynəlxalq sərgilərdə, idman yarışlarında, mahnı və rəqs müsabiqələrində iştirakının təmin edilməsi və digər istiqamətlərdə həyata keçirilən layihələr Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi yanaşmalarının nəticəsi olduğunu qeyd etmişdir.

1 saylı sağlamlığı məhdud insanaların Peşə Reabilitasiya Məktəbinin direktoru Rəhilə Həsrətova “Əlillik Qüsur Deyil” Kitabında təqdim olunmuş əlilliyi olan insanların məktəbin məzunları olub onların ugurlarından danışdı.

AR Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru müdiri Nərmin Aslanbəyova UNEC ilə əməkdaşlığının olduğunu və xüsusən UNEC-də əlilliyi olan gənclərə göstərdiyi diqqət və qaygıda daimi dəstək göstərəcəklərini qeyd etdi. 

UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova kitabxanaların fiziki məhdudiyyətli gənclərin təhsilə inteqrasiyasında atılan həm psixoloji, həm də mənəvi addımlardan olduğunu, kitabxanaların onların həyatında danılmaz rolunun olmasından danışdı. Həmçinin hazırda inkluziv kitabxana xidmətlərinin tətbiqi sahəsində görülən işlərdən bəhs etdi.

TOP XƏBƏRLƏR