UNEC-in “Ekologiya” ixtisası üzrə təhsil alan tələbələri Təmiz Şəhər ASC-də növbəti informasiya turunda olublar.
Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən infoturda İqtisadiyyat fakültəsinin ekologiya ixtisası qruplarının mentoru, “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının baş müəllimi Afaq Hacıyeva və fakültənin tələbə-mentoru Nərmin Zeynallı tələbələri müşayiət edib. Tur çərçivəsində şirkət nümayəndələri tələbələrə şirkətin tarixi və karyera imkanları barədə məlumat veriblər. Sonra tələbələr müəssisənin fəaliyyəti ilə tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara şirkətin xüsusi hədiyyələri təqdim edilib.