Azərbaycan Gənclik Platforması və Elmi Araşdırmalar İctimai Birliyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda Azərbaycan və Türkiyə üçün çox önəmli yer tutan "TANAP" qaz-kəməri layihəsi ilə bağlı tədbir keçirilib.
Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev tədbiri açıq elan edərək, çıxışında layihənin hər iki dövlət üçün olan vacibliyini, ölkəmiz üçün önəmini bir daha vurğulayıb.
Tədbirdə UNEC-in müəllim-tələbə heyəti, tələbə-rektor Elmir Sadıqov, eləcə də UNEC-in tələbə təşkilatlarının sədrləri, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri və QHT sədrləri iştirak ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müəllimi, UNEC Gənc Müəllimlər Şurasının İdarə heyətinin üzvü Cəmilə Həsənova, UNEC TEC sədri Nərmin Heydərova, SABAH qruplarının tələbələri İlkin Məmmədov, Əsgər Nağıyev, Hüseyn Qəhrəmanov, Elçin Rəhimov məruzə ilə çıxıç ediblər. UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova gənclərin maraqlı layihələrə cəlb edilməsində kitabxanaların rolundan danışıb. Tədbir maraqlı müzakirələrlə davam edib.
Tədbirin sonunda çıxışçılar təşəkkürnamə və sertifikatlarla təltif ediliblər.