A

UNEC-in Rus İqtisad Məktəbinə qəbul olunan birinci kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə RİM-in direktoru, dosent Mənsur Bərxudarov tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.

Birinci kurslara fakültə barədə məlumat verən M.Bərxudarov 2019/2020-ci tədris ilində RİM-ə qəbul planın yüksək faizlə yerinə yetirildiyini vurğulayıb, fakültəyə yerli tələbələrlə yanaşı, əcnəbilərin də qəbul olunduğunu qeyd edib.

Görüşdə tələbələrə bildirilib ki, fakültədə UNEC müəllimləri ilə yanaşı, Rusiyanın aparıcı ali təhsil müəssisələrinin iqtisadçı alimləri və ekspertləri də tədrisə cəlb olunur. Tələbələrə Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsi keçmək imkanları yaradılır.

Tələbələrə UNEC-in ikili dplom və mübadilə proqramları barədə də məlumat verilib. Bildirilib ki, UNEC-də bakalavr pilləsi üzrə 4 il müddətində Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi (Institut international du commerce et du développement) və Moskva Dövlət Humanitar İqtisad Universitetinin diplomlarını əldə etmək mümkündür.

M.Bərxudarov tələbə təşkilatları, universitetdə həyata keçirilən sosial layihələr, intellektual və idman yarışlarından da söz açıb, birinci kursları universitetin sosial-ictimai həyatında fəal olmağa çağırıb.

Xatırladak ki, Rus İqtisad Məktəbində 9 ixtisas (maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, menecment, marketinq, kommersiya) üzrə ən yüksək səviyyədə kadr hazırlığı həyata keçirilir. 

TOP XƏBƏRLƏR