A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Maliyyə, yoxsa mühasibatlıq?” mövzusunda təlim keçirilib.

Fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkikatçılığı və Paşa Bankın dəstəyi ilə keçirilən təlimdə dekan müavini Abdülkərim Sadıqov Maliyyə, mühasibat uçotu və audit ixtisaslarının əhəmiyyətindən danışıb. 

Paşa Bankın Korporativ kreditlərin təhlili üzrə analitiki Müşviq Bayramzadə təqdimatla çıxış edib. 

Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilib. 

TOP XƏBƏRLƏR