A

UNEC-də təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova əcnəbi və yerli tələbələrin universitetdə sosial-iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə onların müxtəlif elmi və ictimai fəaliyyətlərə cəlb olunmasının əhəmiyyətindən danışıb. UNEC-də Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Science Slam” müsabiqəsindən söz aşan prorektor müsabiqənin şərtlərinin açıqlayıb, tələbələri bu istiqamətdə fəal olmağa çağırıb.

Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev əcnəbi tələbələrin miqrasiya sənədləşməsi və proseduraları ilə bağlı üzləşdiyi problemlərdən söz açıb. Yarana biləcək problemlərin həlli istiqamətində onlara tövsiyələrini verib.

Departament Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova  isə miqrasiya üçün lazımi sənədlər, miqrasiya proseduraları və Azərbaycan Respublikası Miqrasiya Qanunlarına edilən dəyişikliklər barədə məlumatları tələbələrin diqqətinə çatdırıb.

Qeyd edək ki, UNEC-də Çin, Rusiya, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əfqanıstan, Nepal, Tayland, Mərakeşlə birlikdə 33 ölkədən 274 əcnəbi tələbə təhsil alır. Onların 232 nəfəri bakalavr, 34 nəfəri magistr, 8 nəfəri isə doktorant və dissertantdır.

TOP XƏBƏRLƏR