A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Kollecin direktoru, dosent Oruc Məmmədov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasında irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş məlumat verib. O.Məmmədov plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir göstərən amillərini nəzərə alaraq bu sahədə dövlət tərəfindən həyata keçirlən məqsədyönlü siyasətin aparıldığını bildirib.

UNEC-in “Fizika və kimya” kafedrasının dosenti Dürdanə İbrahimova isə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda təqdimatla çıxış edib. 

Sonda tələbələrun sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR