A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Elmi Cəmiyyətinin növbədənkənar Hesabat-seçki konfransı keçirilib.

İclasda tələbələrlə iş üzrə prorektor dos. Səadət Qəndilova, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dos. Emin Qəribli, Tələbə Elmi Cəmiyyətinin sədri Ramiz Şükürov, Tələbə-rektor Cavidan Adilzadə, tələbə təşkilatlarınıın sədrləri, TEC-in Şura üzvləri və tələbələr iştirak ediblər. Tələbələrlə iş üzrə prorektor dos. Səadət Qəndilova Tələbə Elmi Cəmiyyətinin 2019-cu tədris ilində fəaliyyətindən razılığını bildirərək, bu dövr ərzində təşkilatın əvvəlki aktivliyi qoruyub saxladığını və sürətləndirdiyini, xüsusilə də elmi potensiallı gənclərin üzə çıxarılması yönündə işi yüksək qiymətləndirib.

Ardınca TEC-in sədri Ramiz Şükürov 31.05.2019-03.12.2019 fəaliyyət dövrünün yekununa dair hesabatını təqdim edib.

Sonra çıxış edən Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dos. Emin Qəribli elmi potensiallı kadrların yetişdirilməsinin vacibliyindən bəhs edərək, növbəti tədris ilində də bu inkişaf strategiyasının davamlı olacağna əminliyinin ifadə edib.

Daha sonra TEC sədrliyinə namizədlər - Tələbə Elmi Cəmiyyətinin sədr müavini Biznes və menecment fakültəsinin III kurs tələbəsi Amal Veysəlov, Maliyyə və mühasibat fakültəsinin sədri II kurs tələbəsi Fəridə Heybətova, Tələbə Elmi Cəmiyyətinin sədr müavini, Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Ləman Nəcəfova öz platformalarını təqdim ediblər. Qapalı keçirilən səsvermədə Amal Veysəlov sadə səs çoxluğu ilə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsinə seçilib.

TOP XƏBƏRLƏR