UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Evdə qal, təhsildən qalma!” devizi altında “Təhsil, Karyera, Marketinq fürsətləri” mövzuları əsasında onlayn təlim keçirilib.
Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun təqdimatı əsasında keçirilən onlayn təlimə 100-dən çox UNEC tələbəsi qoşulub.
Təlim zamanı vaxtın effektiv idarə edilməsi üçün Pomodoro metodundan və Eisenhower Matrisindən, ABC prioritetlərdən, yeni biliklər qazanmaq üçün online kurs və resurslardan, bu müddətdə dil bacarıqlarının inkişaf etdirilməsi üçün gündəlik planlaşdırmadan bəhs olunub. Əlavə olaraq, kreativ düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və startup fəaliyyəti barədə təcrübələr paylaşılıb.
Onlayn təlim tələbələrin xüsusi marağına səbəb olub. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.