UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyininin təşkilatçılığı ilə “Ölkə distant təhsilə hazırdırmı?” mövzusunda virtual təlim keçirilib.
Təlimdə təhsil üzrə ekspert Elçin Əfəndi tələbələrə mövzu ilə bağlı məlumat verib. UNEC-də bu istiqamətdə beynəlxalq standartlara uyğun infrastrukturun yaradıldığına diqqət çəkən məruzəçi bu təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Təlimdə distant təhsil sahəsində beynəlxalq təcrübə paylaşılıb, bu təhsil forması ilə ənənəvi təhsilin təhlili aparılıb.