UNEC-in Zaqatala filialında ilk dəfə olaraq “Məzun Günü” tədbiri keçirilib.
Onlayn formada keçirilən Məzun Günündə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev 2019/2020-ci tədris ilində filildan 97 tələbənin məzun olduğunu qeyd edib. Məzunların filialda əldə etdikləri bilik və təcrübə sayəsində dövrün tələblərinə uyğun, yüksək ixtisaslı mütəxəssis kimi ölkənin inkişafına öz təhfələrini verəcəklərinə əminliyini ifadə edib. İlk məzunları təbrik edən O.Rzayev onlara gələcək həyatlarında və karyeralarında uğurlar diləyib.
UNEC - in Strateji inkişaf üzrə prorektoru, professor Mirdamət Sadıqov məzunları təbrik edərək, onlara öz tövsiyyələrini bildirib. Sonra UNEC-in rektoru, professor Ədalət Muradovun tələbələrə ünvanladığı təbriki məzunların qiqqətinə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatı Kamilə Əliyeva, Zaqatala Rayon İcra Hakimiyyətinin Humanitar işlər üzrə müavini Vəfa Süleymanova, UNEC- in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, filialın direktor müavini Həqiqət Qədimova, ZİM-in rəhbəri Babək Alıyev, “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri Səfər Razıyev məzunlara vətəninə, xalqına layiqli övlad olmağı tövsiyə edərək, məzun adını qazanmaları münasibətilə təbrik ediblər.
Sonra məzunlar çıxış edərək, onlara bu illər ərzində öz bilik bə bacarıqlarını aşılayan dəyərli müəllimlərinə təşəkkürlərini bildiriblər, əldə etdikləri biliklərlə ölkəyə layiqincə xidmət edəcəklərini diqqətə çatdırıblar.
Tədbirdə filialı yüksək göstəricilərlər bitirən və filialın ictimai həyatında fəal iştirak edən bir qrup məzunun Fəxri fərman ilə təltif edilməsi barədə əmr oxunub.
Sonda məzunların filial haqqında təəssüratlarını əks etdirən videoçarx nümayiş olunub.