UNEC-in IV kurs tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli Azərbaycan Dövlət Radiosunda (105.0 FM) Əməkdar jurnalist Mətanət Əzimovanın təqdimatında yayımlanan “Ünvanımız Azərbaycandır” verilişinin qonağı olub.
Verilişdə işğal altında olan torpaqlarımızın azad edilməsindən, Azərbaycan Ordusunun şücaətindən danışlıb. UNEC-in ordumuza və dövlətimizə göstərdiyi mənəvi dəstək aksiyasından və bu istiqamətdə həyata keçirilirən tədbirlərdən söz açılıb.