×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-f85535974918fffcc8db3a0a9ccf4974.php


A

UNEC-in rektoru, professor Ədalət Muradovun tələbə təşkilatlarının sədrləri ilə görüşü keçirilib.

Görüşün məqsədi tələbə təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirələr aparmaq, tətbiq olunan yeniliklərin tələbələrə çatdırılmasında operativliyi təmin etmək, tələbələri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparmaq və tələbə təşkilatlarının rolunun artırılması ilə bağlı təklifləri dinləmək olub.

Görüşdə UNEC-də tədrisin təşkilində tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib. Tədrisin modul sistemi əsasında təşkil olunduğu, tələbələrin xarici dil biiklərinin daha yaxşı mənimsəmələri üçün xarici dilin tədrisinin 2 ilədək artırıldığı, virtual laboratoriyaların yaradıldığı, tələbələrin müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Virtual dekanlığın fəaliyyət göstərdiyi, sosial şəbəkələrdə dekanların və müvafiq struktur rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq canlı yayımların təşkil olunduğu  bildirilib. Bu həftədən isə birinci kursların tələbə təşkilatları barədə daha yaxından məlumatlandırılması məqsədilə tələbə təşkilatlarının rəhbərlərinin sosial şəbəkələrdə canlı yayımlara start verdiyi diqqətə çatdırılıb.

Sonra təşkilat rəhbərləri həyata keçirdikləri tədbirlər barədə məlumat veriblər, eləcə də tələbələr tərəfindən daxil olan müraciətləri səsləndiriblər. Hər bir təşkilat sədri fəaiyyət istiqamətlərinə uyğun olaraq, təkliflərlə çıxış ediblər.

Bildirilib ki, ikinci moduldan etibarən bütün fakültələr üzrə yaradılan monitorinq qruplarının tərkibində tələbə təşkilatlarının rəhbərləri də təmsil olunublar və onlar bütün fakültələr üzrə keçirilən dərsləri izləyərək, tədris prosesini müşahidə ediblər. Həmin tələbələrin imtahanlarda proktor qismində iştirak etmələrinin də nəzərdə tutulduğu qeyd olunub.

TOP XƏBƏRLƏR