A

13 fevral Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin (TUDİFAK) məzunu, Vətən müharibəsinin şəhidi Eldar Əliyevin doğum günüdür, yaşasaydı 27 yaşı olacaqdı.

Eldar Əliyevin doğum günü münasibətilə İqtisadiyyat fakültəsinin dekanı dos. Asiman Quliyev,  Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru dos. Raqif Qasımov, TUDİFAK-ın dekan müavini Cəvahir Məmmədova, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra müəllim və tələbələr şəhidin ailəsinə baş çəkiblər. Anası Eldarla bağlı xatirələrini bölüşüb, onunla dost olduğunu, oğlunun hər sözünü anası ilə paylaşdığını deyib. Eldarın 13 rəqəminin onun üçün düşərli olduğuna inandığını xatırlayan ana, oğlunun ayın 13-də dünyaya gəldiyini, elə 13-ü də şəhid olduğunu bildirdi.

Şəhidin bacısı, TUDİFAK-ın məzunu olan Nərmin Əliyeva qardaşının hər il ad gününü səbirsizliklə gözlədiyini, doğun günü sürprizlərini, hazırlıqları böyük maraq və sevinclə qarşıladığını deyib.

Sonra dekan müavini Cəvahir xanım, Eldarın müəllimi olmuş Rafiq Qasımov onun tələbəlik illərindən danışıblar. E.Əliyevin savadlı, yenilikçi, pozitiv birgənc kimi yaddaşlarda qaldığını deyiblər. Eldarın fakültədə həm də şahmat turnirlərinin qalibi kimi tanındığını vurğulayıblar.

Sonda UNEC DQƏTM THİK-in sədri Günay Ağazadə özəl olaraq hazırlanmış xatirə hədiyyəsini şəhidin ailəsinə təqdim edib.

TOP XƏBƏRLƏR