×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-c29b71a5d31e5bf4a578dfce33d26897.php


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının kollektivi şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə Ağdam, Bərdə və Qax rayonlarına səfər ediblər.

Filialın direktor müavini dosent Həqiqət Qədimovanın təşkilatçılığı və fəal tələbələrin iştirakı ilə baş tutan səfərdə Ağdamın Quzanlı qəsəbəsinin və Bərdə rayonun Şəhidlər Xiyabanı ziyarət edilib.

Sonra filialın kollektivi Qax rayonunun Almalı kəndində UNEC Zaqatala filialının tələbəsi olmuş, şəhid Anar Qarayevin məzarını ziyarət ediblər.

Şəhidlərin məzarı önünə gül dəstələri düzən tələbələr onların əziz xatirəsini ehtiramla yad ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay