UNEC Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
19 komanda arasında keçirilən virtual turniri tələbələrin böyük maraq və həyəcanla izləyiblər. Yarışmada Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Maliyyə və mühasibat fakültəsinin tələbələrinin təmsil olunduğu “Spice boyz” komandası qalib olub. II yeri Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “Rars”, III yeri isə “Bruh moment” komandaları qazanıb.
Qalib komandaların üzvlərini təqdim edirik:
I yer- Pərvin Hüseynov, Rəsul Əlizadə, Nəriman Əliyev, İsa Taralov
II yer- Rəşid Mahmudlu, Elgün Həbibullayev, Rəşad Ağayev, Fərhad Qarayev
III yer- Mirseyid Rəcəbov, Mikayıl Mahmudlu, Süleyman Süleymanov, Mirzaman Salayev, Adil Cəfərli
Qalibləri təbrik edirik!