UNEC-in Maliyyə və mühasibat fakültəsində “Bərk məişət tullantılarının səmərəli idarə edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev tədbirin “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın Fəaliyyət Planına müvafiq olaraq keçirildiyini qeyd edib və məişət tullantıların cəmiyyətə və təbiətə mənfi təsirlərinin azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Tədbirdə "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının dosenti Xatirə Məhərrəmova “Bərk məişət tullantıları və onların səmərəli idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. O, təqdimatda məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri, onların toplanılması, daşınması, utilizasiyası və təkrar emalı imkanları, xarici ölkələrdə bu istiqamətdə görülən işlər, bərk məişət tullantılarının idarə edilməsində qabaqcıl təcrübənin və mütərəqqi texnologiyaların tətbiqi hesabına idarəetmənin səmərəliliyin artırılması yollarından geniş bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.