A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

Zaqatala filialında keçirilən tədbirdə filialın direktoru, professor Orucəli Rzayev Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, Heydər Əliyev epoxasının çoxəsrlik dövlətçilik tariximizdə müstəsna və bənzərsiz yeri olduğunu, Milli Qurtuluş Gününün Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olduğunu bildirib.

İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Rəşad Əlisultanov ulu öndərin misilsiz tarixi xidmətləri barədə danışıb, ümummilli liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu qeyd edib, dahi şəxsiyyətin sərt və çətin sınaqlarından keçərək Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan lider olduğunu vurğulayıb.

Sonra tələbələrin çıxışları və şeirləri dinlənilib. Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR