UNEC-in tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli və UNEC məzunu Nicat Muradlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Technology, State and Individual” adlı beynəlxalq konfransda Azərbaycanı təmsil ediblər.
Konfrans informasiya texnologiyalar sahəsində ən yeni nailiyyətləri, blockçeyn texnologiyası, kriptovalyutalar, süni zəka, eləcə də kibertəhlükəsizlik barədə texnoloji trendləri paylaşmaq, eləcə də bu sahəyə yeni töhfələr verə bilmək məqsədilə təşkil olunub.