İyulun 12-də UNEC və Kapital Bankın birgə təşkil etdiyi Karyera ayının ilk görüşü keçirilib.
Görüşdə UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov, Kapital Bankın İnsan resursları departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul şöbəsinin müdiri Nərgiz Əzimova, və digər əməkdaşlar bankın fəaliyyət istiqaməti, vakansiyalar və təcrübə proqramları barədə təqdimatla çıxış ediblər.
Bildirilib ki, Karyera ayı 2 hissədən ibarət olmaqla onlayn müsahibələr həftəsi və “case study” həftəsinə bölünüb. Onlayn müsahibələr həftəsi Maliyyə, Agile, Müştəri xidmətləri, İnformasiya Texnologiyaları və İnzibati idarəetmə günlərinə ayrılıb.
Karyera ayı 30 iyuladək davam edəcək.