A

Oktyabrın 8-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən mü-haribəsinin şəhidi  Muradov Hüseynin anım günüdür.

Şəhid Muradov Hüseynin anım mərasimi Nizami rayonu Şəhidlər Xiyabanında keçirilib. Anım mərasimində UNEC-in İqtisadiyyat fakültəsinin dekanı dosent Elçin Eyvazov, dekan müavinləri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və fəal tələbələr iştirak ediblər.

Sonra UNEC kollektivi şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil və gül dəstələri düzüblər.

Muradov Hüseyn 1994-cü ilin mayın 10 -da Saatlı rayonunun Cəfərxan kəndində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra 2011-2015-ci illərdə UNEC-in “Ümumi iqtisadiyyat” fakültəsində təhsil almışdır. O Ali təhsilini başa vurduqdan sonra 2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir.  Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşür. Sentyabrın 27-dən isə Vətən müharibəsində iştirak edir. Füzuli istiqamətində başlayan döyüşlərdə pulemyotçu kimi döyüşmüşdür. Dəfələrlə döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdir. Oktyabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Ruhun şad olsun şəhidim!

TOP XƏBƏRLƏR