UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin məzunu, şəhid Rəşid Mədinovun anım günü kecirilib.
Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş məzunun anım günündə kollecin direktoru Vidadi Ömərov Vətən müharibəsində xalq- komandan-ordu birliyindən söhbət açıb. Rəşid Mədinov kimi igid oğulların canı bahasına əldə olunan qələbədən danışan kollec direktoru, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Sonra Vətən müharibəsində iştirak etmiş kollecin tələbəsi Əlizamin Talıbzadənin keçdiyi döyüş yolundan bəhs edilib. tələbələrin ifasında şeirlər dinlənilib.