×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in Biznes və menecment fakültəsində Zəfər Günü qeyd edilib.

UNEC-in professor-müəllim tələbə heyəti ilə yanaşı, qazı və müharibə veteranlarının iştirak etdiyi tədbirdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət himni səsləndirilib.

Tədbirin açılışında çıxış edən fakültə dekanı dosent Mirağa Əhmədov Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki sərkərdəlik məharətindən, hücum diplomatiyasından və “Dəmir yumruq” siyasətindən söz açıb. Məhz bu uğurlu siyasət nəticəsində müzəffər ordumuzun torpaqlarımızı qısa müddətdə minimum itkilərlə düşmən işğalından azad etməsinin xalqımıza böyük sevinc və qürur hissi yaşatdığını diqqətə çatdırıb.

Sonra Vətən müharibəsi qazısı Ağəli Quliyev Tərtər, Suqovuşan, Ağdərə istiqamətindəki döyüş yolundan bəhs edib. Veteranlar Kənan Şərifov, Samir Qarayev döyüşlərdə qüdrətli ordumuzun döyüş meydanında göstərdiyi şücaətdən, qəhrəmanlıq salnaməsindn danışıblar.

Tədbirdə döyüş iştirakçılarına “UNEC şəhidləri” kitabı hədiyyə edilib.

TOP XƏBƏRLƏR